Bakı. Trend:
Portuqaliyanın Lissabon şəhərində həmin ölkədə yaşayanAzərbaycan icması ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşAzərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazibütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsiehtiramla yad edilməsi ilə başlayıb.
Portuqaliyada yaşayan soydaşlarımızı salamlayan Diasporla İşüzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri LeylaHəmzəyeva və şöbə müdirinin müavini Əli Əliyev komitənin fəaliyyətihaqqında geniş məlumat verib, Portuqaliyada ilk dəfə təşkil olunanbu görüşün əhəmiyyətini vurğulayıb, azərbaycanlılarıntəşkilatlanması, onların vahid ideya ətrafında birləşməsininvacibliyinə toxunub.
Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilənçoxsaylı layihələr barədə video-çarx nümayiş olunub.
Azərbaycan Müqəddəs Taxt-Tacda və Portuqaliyadakı Səfirliyinmüşaviri Mikayıl Ramazanlı Portuqaliyadakı icmamızın fəaliyyətindənbəhs edib, Azərbaycan diasporunun inkişafının iki ölkə arasındakımünasibətlərin qurulmasına müsbət töhfə verdiyini bildirib,ölkəmizin tanıdılması, Azərbaycanın haqq səsinin dünyaictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızınrolunu vurğulayıb.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Portuqaliyaüzrə koordinatoru Milana Seyidzadə AKŞ-nin fəaliyyəti haqqındaməlumat verib, dünyanın müxtəlif ölkələrində yaşayansoydaşlarımızın Azərbaycanla əlaqələrinin daha damöhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.
Soydaşlarımız Portuqaliyadakı Azərbaycan icmasının ilk dəfə biryerə toplaşmasında verdiyi dəstəyə görə komitəyə təşəkkür ediblər.Belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikirmübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra dadiaspor siyasətinə öz töhfələrini verəcəklərini diləgətiriblər.
Görüş geniş fikir mübadiləsinin aparılması, perspektivlərinmüzakirəsi, təkliflərin səsləndirilməsi və suallarıncavablandırılması ilə yekunlaşıb.