Ötən il ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə oğurlanan qiymətli mədəni irs nümunələri ilə bağlı siyahı hazırlanaraq UNESCO-ya təqdim olunub.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin sənədli irsinin Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsi məqsədilə nominasiya faylı aidiyyəti üzrə UNESCO-ya təqdim olunub. Həmçinin "UNESCO-nun Dünya Yaddaşı Proqramının təhlükə altında olan sənədli irsin qorunması təşəbbüsü ilə bağlı layihə hazırlanaraq UNESCO-ya göndərilib.
2024-cü ildə UNESCO-nun Oğurlanmış Mədəni Sərvətlərin Virtual Muzeyində nümayiş etdirilməsi məqsədilə ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə oğurlanan qiymətli mədəni irs nümunələri ilə bağlı siyahı hazırlanaraq UNESCO-ya təqdim olunub.
Hesabat ilində UNESCO-nun Baş direktoru tərəfindən Azərbaycanın Ermənistanın işğalına məruz qalmış ərazilərinə texniki missiyanın göndərilməsi təklif edilmişdir. UNESCO texniki missiyasının təşkili ilə bağlı ölkəmizin mövqeyi rəsmi görüşlərdə, tədbirlərdə, həmçinin UNESCO-nun müvafiq iclaslarında mütəmadi olaraq səsləndirilib.