AZ

Mərkəzi Asiya ölkələri üçün vahid viza ola bilər

Vətəninfo.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid vizanın verilməsinə çağırıb.

“Bütün Mərkəzi Asiya ölkələri nəhayət ki, sərhəd məsələlərini həll ediblər. O andan etibarən regionda əbədi sülh bərqərar oldu. İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər ölkələrdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst gediş-gəlişi təmin edən vahid vizanın tətbiqi prosesinə başlamalıdırlar”, – Japarov deyib.

Seçilən
1
veteninfo.az

1Mənbələr