AZ

Qanunsuz dini təbliğata görə ötən il 97 nəfər barəsində cinayət işi başlanıb

Ötən il qanunsuz dini təbliğatla məşğul olan 97 nəfər barəsində cinayət işi başlanılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Bundan başqa, 51 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb.

Həmin şəxslərdən 255 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar aşkarlanıb götürülüb.

Seçilən
10
apa.az

1Mənbələr