AZ

NBC: ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində ixtisarlar ola bilər- ÖZƏL

ABŞ hökumətinin iş səmərəliliyini artırmaq məqsədilə həyata keçirdiyi islahatlar çərçivəsində Milli Təhlükəsizlik Agentliyində (NSA) ixtisarlar baş verə bilər. Olaylar.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Məlumata görə, keçən həftə DOGE agentliyinə rəhbərlik edən İlon Mask X sosial şəbəkəsində NSA-nın "kökündən yenidən nəzərdən keçirilməsinə" ehtiyac olduğunu bildirib. Ardınca o, xəbərdarlıq etmədən qurumu ziyarət edib və onun rəhbəri ilə görüşüb. Bu addım, NSA-nın işçi heyətinin azaldıla biləcəyi ehtimallarını gücləndirib.

Ekspertlər NSA-nı ABŞ-ın ən mühüm kəşfiyyat strukturlarından biri hesab edir. Agentlik əsasən rabitənin dinlənilməsi və kibertəhlükəsizlik məsələləri ilə məşğuldur.

Mənbələrin məlumatına görə, Müdafiə naziri Pit Hegsetin göstərişi ilə bəzi kəşfiyyat qurumları mülki işçilərin sayını 5-8% azaltmaq tapşırığı alıb. NSA əməkdaşlarına erkən təqaüdə çıxmaq təklif edilə bilər. Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) artıq işdən çıxarılmalar başlayıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr