Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün ailəsində ağır itki üz verib.
OLAY yazır ki, 55 yaşlı sənətçinin ögey anası Zühre Bazencir dünyasını dəyişib.
Bu haqda Kırmızıgül instaqram səhifəsində paylaşım edib.
“Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim ağrıdı. Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevirdi, həmişə dualarına qatırdı. Ögey övlad olsam da, məni övladlarından ayırmazdı. Onun sevgisini, duasını hər zaman ürəyimdə daşıyacağam. Ananı itirmək, başqa bir acıdır... Qardaşım Yusufa başsağlığı verirəm”, - deyə Mahsun yazıb.
Qeyd edək ki, M.Kırmızıgülün anası Faika Bazencir ötən ilin dekabrında 99 yaşında vəfat edib.
