“Tehran İrəvanla Bakı arasında sazişin mətni üzrə əldə olunan razılaşmanı alqışlayır”.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
İran Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında müqavilənin mətninin razılaşdırılması üzrə danışıqların başa çatdırılmasını regionda sülhə doğru mühüm addım adlandırıb.
“Rəsmi Tehran bunu Cənubi Qafqazda davamlı sülhə doğru zəruri və mühüm addım hesab edir”, – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib.
O ümid edir ki, tərəflər fikir ayrılıqlarını həll etmək və aradan qaldırmaq üçün səy göstərəcəklər və tezliklə iki ölkə arasında sülh sazişinin imzalanacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az