AZ

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa, Türkiyə və Gürcüstana ixrac edilmiş qazın həcmi açıqlanıb

Bakı. Trend:

Ötən il Cənub Qaz Dəhlizi vasitəsilə Avropa, Türkiyə vəGürcüstana ümumilikdə 24,6 milyard kubmetr qaz ixrac edilib.

Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqı ilə Azərbaycan arasındaimzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə AnlaşmaMemorandumuna əsasən 2027-ci ilə qədər Avropaya göndərilən qazınhəcmi iki dəfə artırılmalıdır.

“2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetrdən bir qədərçox olduğu halda, 2024-cü ildə ixracın həcmi təxminən 13,2 milyardkubmetrə çatıb, Azərbaycan qazını alan Avropa ölkələrinin sayıartaraq 10-a yüksəlib.

Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyindərolu nəzərə alınaraq Avropa Komissiyası tərəfindən Azərbaycanetibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimidəyərləndirilir”, - deyə hesabatda qeyd edilib.

Seçilən
7
az.trend.az

1Mənbələr