Sənəddə ABŞ-nin sülh təşəbbüslərinə dəstək ifadə olunduğu və Rusiyaya Ukraynada qeyd-şərtsiz 30 günlük atəşkəslə razılaşmaq çağırışının yer aldığı bildirilir.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas isə bəyanat mətninin razılaşdırılmamasının G7 daxilində fikir ayrılıqlarını göstərə biləcəyini və bunun heç bir üzv ölkənin maraqlarına uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, G7 xarici işlər nazirlərinin görüşü Kanadanın Kvebek vilayətində keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31