Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Naxçıvan klubu 46 xalla 3-cü, “şirlər” isə 27 xalla 7-ci sıradadır.
Matçı Rauf Cabarov idarə edəcək.
Qeyd edək ki, turun digər oyunları martın 15-i və 16-da təşkil olunacaq.