UEFA Avropa Liqasının 1/8 finalının cavab oyununda "Atletik" "Roma"nı məğlub edərək növbəti tura vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, qonaqların mərkəz müdafiəçisi Mats Humels matçdan sonra komanda yoldaşlarından və azakeşlərdən üzr istəyib:
"Azarkeşlərimizdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Bu gün hər kəsi bəsit bir səhvlə məyus etdim. Əvvəl bu cür oyunlarda komandam mənə güvənirdi, amma bu gün mənim səhvim komandamı bəlkə də Avropa Liqası kubokundan etdi. Daha nə deyəcəyimi bilmirəm, mən də hər kəs kimi öz performansıma görə məyusam".
Qeyd edək ki, "Atletik"in evdə "Roma"nı 3:1 (ümumi hesab 4:3) məğlub edərək 1/4 finala yüksəldiyi matçda Mats Humels görüşün 11-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib.
“Reyncers” azarkeşlərindən təqdirəlayiq addım
“Real”ın müdafiəçisi zədələnib
“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib
Kimmix “Bavariya” ilə “yola davam” dedi
Veteran qolkiper dünyasını dəyişib