Bakı. Trend:
Sanator-Kurort Reabilitasiya Mərkəzi tərəfindən 2024-cü ildə 182müharibə iştirakçısına tibbi reabilitasiya xidmətləri, 603 şəhidvalideyninə isə lazımi tibbi və psixoloji yardım göstərilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu günkeçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, Nazirlik tərəfindən 44 günlük Vətən müharibəsiiştirakçılarına və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusihəssaslıqla yanaşılıb, onların tibbi yardımla təmin olunmasınəzarətdə saxlanılıb. 12 "Psixoloji Yardım Mərkəzi"ndə döyüşəməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə regionlardapsixoloji yardımın göstərilməsi davam etdirilib, 2024-cü il ərzində50 min müharibə iştirakçısı psixoloji yardımla təmin olunub, ocümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 34min, TƏBİB-in tabeliyində olan müəssisələrdə 8,9 min, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olanmüəssisələrdə 4,5 min, Fövqəladə Hallar Nazirliyinin tabeliyindəfəaliyyət göstərən müəssisədə 2,6 min nəfərə yardım göstərilib.