AZ

Katerina Yuşenko Qlobal Bakı Forumunun təşkilinə görə Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür edib

Bakı. Trend:

Qlobal Bakı Forumunun təşkilində göstərdiyi dəstəyə görə NizamiGəncəvi Beynəlxalq Mərkəzinə (NGIC) təşəkkürümü bildirirəm.

Trend xəbər verirki, bunu Ukraynanın 2005–2010-cu illərdə birinci xanımı olmuşKaterina Yuşenko 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən"Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə çıxış etmək və başverən hadisələr barədə danışmaq imkanı yaratdığına görə təşəkküretmək istəyirəm, eləcə də bizə çətin dövrlərdə dəstək olan, yardımgöstərən və vacib məsləhətlər verən NGIC-dəki bütün dostlarımızaminnətdarlığımı bildirirəm. Ədalətə və beynəlxalq hüquqasadiqliyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirik", - deyəKaterina Yuşenko bildirib.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.Tədbir çərçivəsində qlobalgeosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyəböhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacibqlobal məsələlər müzakirə olunur. Forum 60-dan çox ölkədən 300-dənartıq dünya liderini bir araya gətirəcək. Onların sırasındahəmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir,BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr