AZ

Ötən il nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33mln ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkiledib.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilənplenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsaskomponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilinmay ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırmahəcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb.

“İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 kmrespublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslıtəmir olunub, 470 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmiryolu tuneli və ya körpüsü tikilib və ya əsaslı təmir olunub”, -deyə Ə.Əsədov qeyd edib.

Seçilən
0
az.trend.az

1Mənbələr