AZ

Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir

Bakı. Trend:

Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadəprosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti iləəməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassaaparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqlayanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır.Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavabverən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunanPOS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirəbiləcəklər.

Bu əməkdaşlıq biznes sahiblərinə aşağıdakı üstünlükləriqazandırır:

  • Rahat müraciət prosesi: MüştərilərPOS-terminal və kassa funksiyalarını özündə birləşdirən unikalcihaz üçün birbaşa Omnitech vasitəsilə müraciət edə bilər, bankagetməyə ehtiyac yoxdur.
  • Sürətli hesab açılışı: Omnitech müştərininbank hesabını onlayn açmasına kömək edir və müraciəti birbaşa“Unibank”a yönləndirir.
  • Sadələşdirilmiş müqavilə: Müştərilər bankaayrıca müraciət etmədən, Omnitech və Unibank ilə üçtərəfli müqaviləimzalayır.
  • Depozit tələbi yoxdur: Müştərilər POS-terminalüçün bankda depozit saxlamaq məcburiyyətində deyil.
  • Dövriyyə tələbi yoxdur: POS-terminal xidmətiüçün müəyyən dövriyyə məhdudiyyəti qoyulmur.
  • Çatdırılma və texniki dəstək: Cihazlarınquraşdırılması və dəstək xidməti Omnitech tərəfindən həyatakeçirilir;
  • Çoxfunksiyalı cihaz: Eyni terminal vasitəsiləhəm nağd, həm də nağdsız əməliyyatlar həyata keçirilə bilər.
  • Tez mədaxil imkanı: POS-terminal vasitəsiləedilən ödənişlər ən qısa müddətdə müştərinin hesabınaköçürülür.

Bu layihə biznes sahiblərinin POS-terminal əldə etmə və istifadəetmə prosesini asanlaşdırmaqla yanaşı, daha da əlçatan edir.

Unibank haqqında:

Unibank Azərbaycanın ən böyük özəl banklarındandır. Bankınpaytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmətşəbəkəsi mövcuddur. 32 ildən artıq uğurlu kommersiya fəaliyyəti vəsosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlartərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Müştərilərinmüxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş bir məhsul çeşiditəqdim edən Unibank, həm fərdi, həm də korporativ müştərilərəyüksək keyfiyyətli xidmət göstərir.

Omnitech haqqında:

Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa”kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqramtəminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativşirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildənetibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıqedərək onların avadanlıqlarının regionda satışını həyatakeçirir.

Unibank-Sənin Bankın!

Məqalədə:
Seçilən
44
11
az.trend.az

10Mənbələr