AZ

Portuqaliya prezidenti parlamenti buraxır və növbədənkənar seçkilər təyin edir

Portuqaliyada mayın 18-də son üç ildə üçüncü növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkə prezidenti Marselo Rebelo de Sousa sağ mərkəzçi azlıq hökumətinin parlamentdə etimadsızlıq səsverməsində məğlub olmasından sonra növbədənkənar seçkilər keçirmək qərarına gəlib. Vətəninfo.az  xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.

Prezident ölkənin əsas siyasi partiyaları və Dövlət Şurası (əsas siyasi partiyaların nümayəndələrinin daxil olduğu məsləhətçi orqan) ilə məsləhətləşdikdən sonra parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Portuqaliyanın baş naziri Luiş Monteneqro keçən həftə müxalifətin şəxsi şirkətlərlə müqavilələrin Monteneqroya baş nazir kimi fayda verdiyini iddia edərək, ailəsinin məlumatların qorunması üzrə məsləhətçiliyi ilə bağlı parlament araşdırması başlatmaqla hədələməsindən sonra hökumətinə etimad səsverməsinə başlayıb.

Monteneqro maraqlar toqquşmasının mövcudluğunu inkar edib.

Seçilən
2
veteninfo.az

1Mənbələr