Birləşmiş Ştatlar Ukraynaya yüksək dəqiqlikli idarə olunan “Yerdən atılan kiçik diametrli bombalar”ın (GLSDB) tədarükünü bərpa etməyi planlaşdırır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin açıqlama verən mənbələr sözügedən bombaların döyüş meydanına yaxın günlərdə qayıdacağını, onların ehtiyatları artıq Avropada olduğunu bildirir.
Sonuncu dəfə Ukrayna ordusu bundan bir neçə ay əvvəl istifadə edib. Əvvəllər Ukrayna tərəfindən alınan “GLSDB”-lər Rusiyanın elektron mübarizə sistemlərinə qarşı həssas olduğunu sübut edib və onların hədəfləri effektiv şəkildə vurmasına mane olur.
Bu baxımdan, son həftələrdə söndürmə cihazlarına qarşı müqaviməti artırmaq üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş versiyaların 19 sınaq buraxılışı baş tutub.
Yerdən atılan kiçik diametrli bombalar 161 km radiusda yüksək dəqiqliklə idarə olunan, özündə “GBU-39” aviabombalarının və “M26” raketlərinin mühərriklərini özündə birləşdirən döyüş sursatıdır.
Onlar Ukraynaya cəbhə xəttindən kənarda Rusiyanın logistik mərkəzlərinə və silah-sursat anbarlarına zərbələr endirməyə imkan verir.
Bu döyüş vasitələri ABŞ-nin sabiq prezidenti Co Baydenin adminstrasiyası dövründə Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində tədarük edilib.