Vətəndaş İlyas Mustafayev Azercell şirkətindən şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb. Bildirib ki, onun istifadəsində olan mobil nömrə heç bir xəbərdarlıq edilmədən tarifə qoşulub. “Əlaqə saxladıqda isə kütləvi informasiya agentliklərində məlumat verildiyi deyilir. Adama deyərlər, insanlar sənin şirkətinə abunədir, digər agentliklərə yox! Gündə mənasız mesajları göndərməkdənsə xəbərdarlıq sms-i göndər! Sizin kimi müştərisinə hörmət etməyən qurumların müştərilərə zəng edib yalvaracağı günlər uzaq deyil”- deyə vətəndaş şikayətində bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.