2024/2025-ci tədris ili üzrə SABAH qruplarına bakalavriat səviyyəsində 4 yeni ixtisas, magistratura səviyyəsində isə 5 yeni ixtisaslaşma üzrə tələbə qəbulu aparılıb.
AzEdu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında ümumi məlumat öz əksini tapıb.
Belə ki, bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə isə 512 tələbə qəbul olub.
“SABAH qrupları 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, 4200 min tələbəni, minə yaxın müəllimi və bu ilin məzunları da daxil olmaqla, ümumilikdə 2014-2024-cü illər ərzində 6800 min məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edib”, - deyə hesabatda qeyd olunub.