Bakı, 14 mart, AZƏRTAC
Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa növbədənkənar seçkilərin mayın 18-də keçiriləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, çərşənbə axşamı Baş nazir Luis Monteneqroya qarşı korrupsiya iddiaları ilə bağlı parlamentdəki etimad səsverməsi zamanı kifayət qədər səs toplaya bilmədiyi üçün o, istefa verib. Bu açıqlama mühafizəkar hökumətin dağılmasından sonra verilib.
Hökumətin süqutundan sonra Portuqaliya xalqı üç il ərzində üçüncü dəfə seçkiyə getməli olacaq.
Qeyd edək ki, Portuqaliya mətbuatında dərc olunan bəzi sorğulara görə, hökumətin üzləşdiyi böhran mümkün seçkilərdə qalib olacağı ehtimal edilən ana müxalifət Sosialist Partiyasına dəstəyin artmasına səbəb olub.