"Zirə"nin qvineyalı futbolçusu Salifu Suma karyerasını Rusiyada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "AfricaFoot" məlumat yayıb.
"Lokomotiv" klubu 21 yaşlı futbolçunun müqaviləsindəki 800 min avro dəyərində satınalma bəndini aktivləşdirməyi planlaşdırır.
Bir sıra Avropa klublarının Suma ilə maraqlandığı bildirilir. Bunların arasında baş məşqçisi portuqaliyalı Joze Mourinyonun olduğu “Fənərbağça” klubu da var. Mənbənin sözlərinə görə, “Lokomotiv”in futbolçuya təklif etdiyi müqavilə şərtləri Türkiyə komandasının təklifini xeyli üstələyir.