AZ

Tədris və təcrübənin vəhdəti: AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "AzMİUTHİK50: Keçmişdən Gələcəyə" layihəsi çərçivəsində növbəti seminarkeçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdindəfəaliyyət göstərən "Cybersafe" Klubunun təşkilatçılığı ilə baştutan seminarda İnformasiya Texnologiyaları (İT) sahəsindəfəaliyyət göstərən tanınmış mütəxəssislər – Kənan Ələsgərli, NərminKərimov və Elxan Xəlilov iştirak ediblər.

THİK sədri Şahmar Rəfili qonaqları salamlayaraq, dünyada vəölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağınartdığını deyib. O, AzMİU-nun bu istiqamətdə yüksəksəviyyəli kadrhazırlığı həyata keçirdiyini deyib. Tələbələrin əmək bazarınıntələblərinə uyğun, rəqabətədavamlı mütəxəssislər kimi yetişməsindəuniversitetin elmi-tədris imkanları ilə yanaşı, tərəfdaşşirkətlərin resurslarından faydalanmağın əhəmiyyətinivurğulayıb.

Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələriilə bilik və təcrübələrini bölüşən İT mütəxəssisləri sahədəkiinnovativ yanaşmalar, karyera perspektivləri və müasir trendlərbarədə geniş məlumat veriblər. Onlar şəxsi təcrübələrinəəsaslanaraq tələbələrin suallarını cavablandırıb və praktikinümunələr əsasında uğur qazanmağın əsas aspektləriniaçıqlayıblar.

Seminar müzakirələrlə yanaşı, interaktiv sessiyalar vəsual-cavabla yadda qalıb. İştirakçılar müasir proqram təminatlarıvə texnoloji yeniliklər haqqında yeni biliklər əldə edərək busahəyə olan maraqlarını daha da artırıblar.

Qeyd edək ki, "AzMİU THİK50: Keçmişdən Gələcəyə" layihəsi ilərzində davam edəcək. Layihə çərçivəsində müxtəlif seminarlar,görüşlər, təlimlər, sərgilər və panel müzakirələrinin keçirilməsinəzərdə tutulub. Layihənin əsas məqsədi universitetin 50 illikyubileyi ərəfəsində ali təhsil müəssisəsinin zəngin tədris və təlimənənələrini tələbələr üçün motivasiya mənbəyinə çevirmək, onlarınfərdi inkişaf imkanlarını genişləndirməkdir.

Tədris
Tədris
Tədris
Məqalədə:
Seçilən
1
3
az.trend.az

5Mənbələr