AZ

Abbas Hüseynovun son DURUMU

“Hazırda Abbasın bərpa prosesi gedir”.

Bunu İdman.biz-ə "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev deyib.

O, Ağdam təmsilçisinin 29 yaşlı futbolçusu Abbas Hüseynovun son durumunu açıqlayıb: “Fərdi məşqlərə başlayıb. Komanda ilə hazırlığa isə martın 25-dən sonra qoşulması ehtimal olunur”.

Qeyd edək ki, Hüseynov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk oyununun (0:1) 24-cü dəqiqəsində zədələndiyi üçün əvəzlənib. O, bu səbəbdən Azərbaycan millisinin Haiti və Belarusla yoxlama oyunlarında da çağırılmayıb.

Aytac Sahəd
İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr