AZ

“Azərbaycan qarşısına hansı vəzifə qoyduğunu çox gözəl anlayır” - Erməni politoloq

Ermənistan tərəfi tələsir və sülh müqaviləsi əldə etmək istəyir, lakin Azərbaycan tərəfi bunun nə tarixi, nə prosesi, necə və nə vaxt imzalanacağını dəqiqləşdirməyib.

Herbiand.az bildirir k, bunu erməni politoloq Artur Martirosyan deyib.

“Onlar üçün hələ də ümumi beynəlxalq sistemdən, Rusiyadan, ABŞ-dan, Avropadan asılı olan qeyri-müəyyənliklər var, onlar sadəcə olaraq, problemləri həll etmək imkanı əldə etmək üçün öz mövqelərini əldə etmək üçün vaxt qazanmaq istəyirlər. Hakimiyyət bu müqaviləni xalqımıza yekun sülh müqaviləsi kimi təqdim etmək istəyir. Sanki kağız üzərində imzalanmış müqavilə sülh demək olardı. Seçkilərə bir ildən çox vaxt qaldığı üçün buna ehtiyac var. Onlara Ermənistanın uğurlu, real, yeni regional mövqeyi kimi xalqımıza təqdim edə biləcəkləri bir şey lazımdır”, - Martirosyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ilkin şərtlərini nəzərə alaraq, sülh müqaviləsinin imzalanacağını gözləmək hələ tezdir. “Baş nazir Paşinyanın konstitusiya dəyişikliklərini tez bir zamanda qüvvəyə minəcəyini təsəvvür etsək belə, bu, hələ də vaxt aparacaq və nəticənin onun istədiyi kimi olacağını heç kim dəqiq deyə bilməz. Azərbaycan tərəfi qarşısına hansı vəzifə qoyduğunu və bu sazişin imzalanmasını nə ilə əlaqələndirdiyini çox gözəl anlayır”, - deyə politoloq yekunlaşdırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr