“Bir neçə gündür ki, AzDrama-nın bədii rəhbəri məni otağında danışığa dəvət edir. Lakin şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün, bütün kollektivin, Mədəniyyət Nazirliyinin və mətbuatın iştirakı ilə açıq iclasın keçirilməsini və önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş edirəm”.
OLAY yazır ki, bu sözləri instaqramda Əməkdar artist Mehriban Zanlarova paylaşıb. O, qalmaqal yaşadığı AzDrama-nın bədii rəhbəri Mehriban Ələkbərzadənin onu danışmaq üçün otağına dəvət etdiyini deyib:
“Mehriban Ələkbərzadə, məni nə üçün otağınıza gizli danışığa dəvət edirsiniz? Tək mən yox, bütün kollektivimiz sizin fəaliyyətiniz illə bağlı fikirlərini səsləndirmək istəyir. Mətbuat üçün açıq iclas keçirmək bu qədərmi çətindir?
Düşünürəm ki, 1998-ci ildən bu günə qədər ömrümün 27 ilini həsr etdiyim doğma teatrımda bir sənət fədaisi olaraq bu xahişi etməyə tam haqqım var.
Əks halda, məni narahat edən və ölkəmiz üçün önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacam”.