Mozambik və Malavidə "Jude" tropik qasırğası nəticəsində 9 nəfər ölüb.
Mozambikin Milli Fəlakətlərin İdarə Olunması İnstitutu Jude qasırğasında 6 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Nampula, Niasa və Zambeziya bölgələrində 9525 nəfər qasırğa nəticəsində didərgin düşüb. Malavidə səlahiyyətlilər qasırğada 3 nəfərin öldüyünü, qasırğanın gətirdiyi şiddətli yağışlar səbəbindən 20 min insanın evsiz qaldığını açıqlayıb. Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti evsiz qalanların təxliyə mərkəzlərinə aparıldığını bildirib.