AZ

"Güclü liderlik dönəmi bağlandı"

Bu gün "Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi" adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, güclü liderlik dönəmi bağlandı: "Mənim gözümdə Tramp yaxşı bir lider deyil. Artıq əvvəl ki, dövrdə ki kimi liderlər bir yerə yığılıb problemləri həll etmirlər".

Onun sözlərinə görə, bu eynilə Böyük Britaniya da, Almaniya da da belədir: "Artıq demək olar ki, demokratiyadan söhbət getmir. Hətta buna Macarıstan ölkəsi də daxildir. Dünyada belə bir məsələ vardır ki, adam qıtlığı var. Mən isə buna lider qıtlığı demək istəyirəm. Artıq güclü liderlərin dönəmi bağlanıb, bu gün sadəcə adam öldürülməklə məşğuldurlar".

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
1
sia.az

1Mənbələr