AZ

ABŞ Ukraynaya ATACMS əvəzinə GLSDB raketləri göndərməyə hazırlaşır

ABŞ Ukraynaya ATACMS əvəzinə GLSDB raketləri göndərməyə hazırlaşır

Vaşinqton yanvarın sonunda Ukraynada ehtiyatları tükənmiş taktiki ATACMS raketlərini əvəz etmək üçün Kiyevə yüksək dəqiqlikli uzaqmənzilli GLSDB raketlərinin göndərilməsini bərpa etmək niyyətindədir. AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.Bildirilir ki, GLSDB yüksək dəqiqlikli uzaqmənzilli sürüşmə raketlərinin tədarükü 300 km-ə qədər məsafədəki hədəfləri vura bilən ATACMS raketlərinin çatışmazlığını doldurmalıdır. Agentlik qeyd edir ki, GLSDB-lər Rusiyanın elektron əks-tədbir sistemlərinə daha yaxşı müqavimət göstərmək üçün təkmilləşdirilib. Bu mərmilərin alınması ilə bağlı müqavilələr ABŞ-ın 46-cı prezidenti Co Baydenin hakimiyyəti dövründə imzalanıb."Reuters"in mənbələri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri yaxın gələcəkdə GLSDB-dən döyüş meydanında istifadə edə biləcək. Kiyev sonuncu dəfə bu silahdan bir neçə ay əvvəl istifadə edib.

Seçilən
21
afn.az

1Mənbələr