“Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Rusiya Federasiya Şurasında çıxış edəcək”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmonta məlumat verib.
"Prezident Dövlət Dumasında çıxış etdi, lakin bu onun Federasiya Şurasında ilk çıxışı olacaq”, - deyə Eysmonta bildirib.
Qeyd edək ki, Lukaşenko ötən gün Rusiyaya səfər edib.
Daşqın HəsənovMissiya.Az