AZ

Yanvar-fevral aylarında pensiya ödənişlərinə yönələn vəsaitin həcmi AÇIQLANDI

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilinmüvafiq dövrünə nisbətən 10 faiz (103 mln. manat) çox olmaqla 1mlrd. 178 mln. manat vəsait yönəldilib.

Trend xəbər verir ki, bu barədə Dövlət SosialMüdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimumpensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindənproaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr