AZ

Pelleqrini: “Betis” Konfrans Liqasındakı səviyyəsini qoruyur”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Konfrans Liqasının 1/8 finalının Gimaraynş “Vitoriya”sı ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Betis”, cavab oyununda 4:0 hesablı qələbə sayəsində cütün qalibi olaraq növbəti mərhələyə adlayıb.

Pelleqrini matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim, komandamızın düzgün yolda olduğuna dair inamımız vardı. Biz sakitliyimizi və komandanın gündəlik nə etdiyinə əminliyimizi qoruyub-saxlayırdıq. Nəticələr də gəldi.

Mən ötən həftə bu haqda danışmışdım. Biz yaxşı bir komandaya qarşı yaxşı oyunla çıxış etdik. Mən bunun Avropada ən yaxşı oyunumuz olduğunu bilmirəm. Vacib olanı odur ki, bizə mərhələni adlamaq və yarışda göstərdiyimiz səviyyəni qoruyub-saxlamaq gərək idi”, – AS dərgisi çilili mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına vəsiqə qazanmış “Betis” bu mərhələdə Belostok “Yagelloniya”sı ilə qarşılaşacaq. “Vitoriya” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.

Seçilən
6
arena.az

1Mənbələr