AZ

Salar Tahir Əfşar 300 milyon tümən girov müqabilində Təbriz həbsxanasından müvəqqəti olaraq azad edilib

Təxminən bir aya yaxındır ki, həbsdə olan azərbaycanlı türk fəal Salar Tahir Əfşar 300 milyon tümənlik girov müqabilində Təbriz zindanından müvəqqəti olaraq azad edilib.

Bu azərbaycanlı fəal fevralın 17-də Urmiyə kəşfiyyat qüvvələri tərəfindən iş yerində həbs edilib və bir gün sonra Təbriz Kəşfiyyat İdarəsinə təhvil verilib.

O, cəzasının çəkilməsi ilə bağlı bildiriş aldıqdan sonra Evin Prokurorluğunun 1 saylı şöbəsinə də çağırılıb.

Bu ilin yanvarında o, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən "qanunsuz toplaşmaq və sövdələşmə" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

visiontv.az



Seçilən
5
1
visiontv.az

2Mənbələr