Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.
Milli.Az xəbər verir ki, rayonun Kəngərli kənd sakini 34 yaşlı Emin Həsənzadə yaşadığı evin həyətində bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs - Eminin atası Muğan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az