AZ

Putin onun vasitəsilə Trampa siqnal göndərdib

“Ötən axşam Rusiya lideri Vladimir Putin ABŞ-nin xüsusi elçisi Stiv Vitkofu qəbul edib. Onun vasitəsilə Donald Trampa əlavə siqnallar ötürülüb”. 

“Cebheinfo.az” bunu Kremlin sözçüsü Dmitri Peskov cümə günü jurnalistlərə deyib.

Vitkof Moskvaya martın 13-də səhər saatlarında, Ukrayna və ABŞ-nin Ciddədə danışıqlarından iki gün sonra gedib. Nəticədə Kiyev 30 günlük atəşkəslə razılaşıb.

“O, dünən burada idi, dünən axşam saatlarında onu artıq Prezident Putin qəbul edib. Rusiya tərəfinə əlavə məlumat verilib. Həm də əslində, onun vasitəsilə Prezident Putin Trampa məlumat və əlavə siqnallar ötürüb”, - Peskov bildirib.

Putin və Vitkof arasında danışıqlar qapalı formatda baş tutub. Trampın nümayəndəsinin təyyarəsi martın 14-də səhər saatlarında Moskvadan havaya qalxıb.

Seçilən
42
cebheinfo.az

1Mənbələr