AZ

Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb - Bako Sahakyan

Bakı. Trend:

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuşərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlarbarədə də sualları cavablandırıb.

Trend xəbərverir ki, o, sadalanan silahların işğal edilmiş ərazilərdəolmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcudolmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) busilahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.

O, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarmarejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, busilahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordukomandiri” bu barədə mənə məlumat verməli idi”.

B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməkləAzərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimingöstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyəbilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindənolmayıb”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
0
27
az.trend.az

10Mənbələr