AZ

“Real”ın futbolçusu ilk dəfə millidə

“Real”ın müdafiəçisi Raul Asensio ilk dəfə İspaniya millisinə dəvətini alıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu UEFA Millətlər Liqasının pley-off mərhələsində iştirak edəcək milli komandanın düşərgəsində olacaq.

İspaniya millisi Niderland yığması ilə iki oyun keçirəcək. Bu matçlarda üstün olan tərəf Xorvatiya-Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Asensio bu mövsüm bütün klub yarışlarında 39 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

 

Seçilən
2
idmanxeber.az

1Mənbələr