Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişellə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Ş.Mişel XII Qlobal Bakı Forumunda iştirak edib.

