AZ

Avstriya Ukraynaya 7 milyon avro ayıracaq

Avstriya Ukraynaya 7 milyon avro ayıracaq, bunun 5 milyonu kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, 2 milyonu isə taxılın Yaxın Şərq ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger martın 14-də Kiyevə səfəri zamanı bildirib.

Səfər çərçivəsində Maynl-Rayzinger Ukraynanın Baş naziri Denis Şmıqalla görüşəcək.

Daha əvvəl Ukrayna XİN başçısı ilə telefon danışığında o, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.(report)

Seçilən
9
2
infoaz.ws

3Mənbələr