AZ

"Sovetski"nin tamamilə sökülməsi məsələsinə münasibət bildirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev keçmiş "Sovetski"nin tamamilə sökülməsi məsələsinə aydınlıq gətirib.

Korrespondent.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, həmin ərazinin müəyyən hissəsində Mərkəzi park salınıb.

“Doğrudur, hələ də bəzi hissələr var ki, orada evlər qalır. Bu, gələcəkdə investorların marağından asılıdır. Əgər onların marağı olsa, həmin evlərlə bağlı iş görülə bilər”, - komitə sədri vurğulayıb.

Anar Quliyev əlavə edib ki, hər bir halda tarixi abidələr toxunulmaz olaraq qalacaq.

Seçilən
15
2
korrespondent.az

3Mənbələr