AZ

"Liverpul" uruqvaylı hücumçu ilə yollarını ayırır

"Liverpul" mövsümün sonunda hücumçu Darvin Nunyesi satışa çıxarmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, onun əvəzinə artıq 4 namizəd var.

Mersisaydlılar Uruqvay yığmasında çıxış edən futbolçunun çıxışından narazı qalıblar. Onu əvəz edəcək hücumçular arasında Aleksander İsak ("Nyukasl"), Markus Turam ("İnter"), Olli Outkins ("Aston Villa") və Liam Delapın ("İpsviç") adı çəkilir.

Qeyd edək ki, Nunyes bu mövsümdə bütün turnirlərdə 39 oyunda 7 qol vurub, 7 ötürmə verib.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr