AZ

“Yelo Bank”ın filial müdiri müştərini döyərək çənəsini sındırıb TƏFƏRRÜAT/VİDEO

“Yelo Bank”ın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək çənəsini sındırdığı iddia edilir.

Bu barədə zərərçəkmiş “Xəzər Xəbər”ə şikayət edib.

O bildirib ki, hadisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib. 

Şəxsiyyətinin gizli qalmasını istəyən şikayətçi iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşıb. Mübahisə düşüb, filial müdiri Vüqar Mirzəzadə isə vuraraq onun çənəsini sındırıb. Sonra bankda olanlar onları aralayıblar. Hadisə mart ayının 4-də, dostunun yaşlı valideynlərini vəsait çıxartmaq üçün banka gətirərkən baş verib.

Şikayətçi iddia edir ki, əvvəlcə filial müdiri problemlə maraqlanıb. Sonra isə onlara deyib ki, gecikmə baş ofisə görədir, yəni onlar məsuliyyət daşımırlar.

Şikayətçi deyir ki, bütün bunlar müşahidə kameraları və bank müştərilərinin gözü qarşısında baş verib. Zərərçəkən bundan sonra poliklinikaya və özəl klinikaya müraciət edib. 

Vətəndaş hadisə ilə bağlı polisə də müraciət edib. Məsələ ilə bağlı "Yelo Bank"ın Elmlər Akademiyası filialına müraciət etdik.

Filialdan "Xəzər Xəbər"ə bildirildi ki, bu məsələ ilə bağlı onlara hər hansı bir rəsmi məlumat daxil olmayıb. Bankın baş ofisinə müraciət etsək də, oradan heç bir cavab almaq mümkün olmadı.

Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
34
1
xezerxeber.az

7Mənbələr