AZ

Bakı sakinlərinə ŞAD XƏBƏR: Bu prospektlər BİRLƏŞDİRİLƏCƏK

Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilmişdi ki, Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkət təşkil edilə bilər. Babək və Heydər Əliyev prospektlərinin Keşlə qəsəbəsi vasitəsilə birləşdirilməsi ehtimalı varmı? Sözügedən yolun genişləndirilməsi üçün hansı addımlar atılmalıdır?  

 

Mövzu ilə bağlı nəqliyyat məsəələri üzrə ekspert Eldəniz Cəfərov Referans-ın suallarını cavablandırıb. Ekspert bildirib ki, onun əldə etdiyi məlumata görə Babək prospekti ilə Heydər Əliyev küçələrinin kəsişmə nöqtələrində olan darboğazın aradan qaldırılması üçün müəyyən işlərin görülməsi planlaşdırılıb. Haqqında danışılan tuneldən çıxışlar və dairəvi hərəkətin hazırda aktual olduğunu əminliklə söyləmək çətindir.

 

 

"Hal- hazırda Babək prospekti ilə Heydər Əliyev prospektinin Keşlə qəsəbəsi vasitəsi ilə hərəkəti mövcuddur.  Hər iki prospektdən Keşlə qəsəbəsindən keçərək hər iki istiqamətdə hərəkət davam edir. Bu yolda əsas məsələ Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişmə nöqtəsinin genişləndirilməsi məsələsidir. Hesab edirəm ki, yenidənqurma işləri məhz bu ərazidə gerçəkləşəcək", -  deyə qeyd edib.

 

Seçilən
8
3
turanpress.com

4Mənbələr