AZ

Avropa liderlərinin müşavirləri elan olunmamış səfərlə Vaşinqtona getdilər

Böyük Britaniya, Fransa və Almaniya liderlərinin təhlükəsizlik üzrə müşavirləri gözlənilməz səfərlə ABŞ-yə gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazır.

Nəşr görüşün qısa müddətdə təşkil edildiyini və Ukraynada atəşkəs danışıqlarının kritik anına təsadüf etdiyini iddia edir.

Hələlik bu görüşlə bağlı başqa təfərrüatlar yoxdur.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Rusiyadan Ukrayna ilə ilkin şərt olmadan atəşkəslə razılaşmağı tələb etmişdi.

O əlavə edib ki, G7 ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinin “oyun qaydalarını dəyişdirməsinə” icazə verilə bilməyəcəyi barədə fikirlərində yekdildir.

Həmçinin, “Politico” qəzeti Aİ-nin qarşıdan gələn sammitinin yekun sənədinin layihəsinə istinadən yazıb ki, Avropa İttifaqı Rusiyanı Ukrayna münaqişəsinə son qoymaq üçün “iradə nümayiş etdirməyə” çağırmağı planlaşdırır.

Turan İSMAYIL

Seçilən
6
1
redaktor.az

2Mənbələr