AZ

Putin: "Kiyev Kursdakı hərbçilərinə təslim olmağı əmr etməlidir"

"Kursk vilayətində silahı yerə qoyan Ukrayna silahlılarının həyatlarına və onlara münasibətdə ləyaqətli rəftara zəmanət veriləcək".

TASS-a istinadla xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilmiş əməliyyat müşavirəsində deyib.

Bununla V.Putin Kurskda mühasirəyə düşmüş ukraynalı hərbçiləri bağışlamağı ondan xahiş edən amerikalı həmkarı Donald Trampın çağırışına cavab verib.

"Silahları yerə qoyarlarsa və təslim olarlarsa, onlara beynəlxalq hüquq normalarına və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq, həyat və ləyaqətli rəftar zəmanəti veriləcək", - deyə Putin bildirib.

Kremlin başçısı qeyd edib ki, D.Trampın çağırışını reallaşdırmaqdan ötrü Kiyev öz hərbi bölmələrinə təslim olmağı əmr etməlidir.

Mənbə: oxu.az

Seçilən
2
3
oxu.az

4Mənbələr