AZ

Ruslan Nurullayev Tiranada Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına bu gün yekun vurulub.

Son yarış günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbəylə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kq) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Xatırladaq ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.

Seçilən
26
4
arena.az

7Mənbələr