AZ

Ukrayna ordusu Sudjada tarix-diyarşünaslıq muzeyinin binasını vurub - VİDEO

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərində tarix-diyarşünaslıq muzeyinə hücum edib.

APA xəbər verir ki, bunu Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn “Telegram” kanalında bildirib.

Ukrayna ordusunun atdığı raket 19-cu əsrin sonlarına aid memarlıq abidəsi olan tarix-diyarşünaslıq muzeyinin binasının üzərinə düşüb. İlkin məlumata görə, muzeyin bir əməkdaşı ölüb, ikisi yaralanıb.

"İlkin məlumata görə, Sudjada qalan və bu gün muzeyə onun vəziyyəti ilə tanış olmaq üçün gələn bir işçi həlak olub. Daha iki əməkdaş isə yaralanıb - onlar hazırda tibb müəssisəsinə aparılır", - Xinşteyn bildirib.

Xinşteynin sözlərinə görə, tarixi bina tamamilə yararsız vəziyyətə düşüb.

Seçilən
12
2
apa.az

3Mənbələr