AZ

Bank müdirinin çənəsini sındırdığını iddia edən müştəri danışdı - “Sözlərimiz xoşuna gəlmədi”

Xəbər verdiyimiz kimi, “Yelo Bank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, adının anonim qalmasını istəyən müştəri deyib ki, mübahisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib. 

O iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşaraq iradını bildirib:

“Növbə yox idi sistemdə nəsə problem var idi. Bizə dedilər “10-15 dəqiqə gözləyin”. İşçilərdən xahiş etdim bizə köməklik göstərsinlər, lakin nəticə olmadığına görə, filial rəhbərinin otağına üz tutdum. Sadəcə dedim ki, “digər banklarda işlər daha tez icra olunur”. Sözlərimiz Vüqar bəyin xoşuna gəlmədi. Bizə dedi ki, “sən kimsən bizi başqa bankla müqayisə edirən?”. Bayıra çıxandan 1 dəqiqə sonra arxamızca çölə çıxdı. Səsimi biraz qaldıranda, “mənimlə belə danışma” deyib çənəmə güclü bir zərbə vurdu”.

İddiaçının sözlərinə görə, hadisə martın 4-də, dostunun yaşlı valideynlərini vəsait çıxartmaq üçün banka aparanda baş verib.

Hadisə barədə “Yelo Bank”ın Elmlər Akademiyası filialından bildirilib ki, bu haqda onlara hər hansı bir rəsmi məlumat daxil olmayıb. Bankın baş ofisi də müraciəti cavabsız qoyub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. 

Ətraflı: “Xezerxeber.az”ın videomaterialında:

Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr