MADO Azərbaycan
Restoran Meneceri
Son tarix 14 apr 2025 - [email protected]
İş yeri: Gəncə şəhəri
Vəzifə öhdəlikləri:
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili
- Müştəri məmnuniyyətini təmin etmək
- Standartların tələblərinə riayət edilməsinə nəzarət
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
- Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
- İşçi heyətinin seçilməsi, təlimatlandırılması
- İş bölgüsünün düzgün aparılmasına nəzarət
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- Heyətin davamiyyət cədvəllərinin tərtibi və nəzarət
- İş yerində qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət.
- Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.
- Kassa əməliyyatlarına nəzarət
- Anbar sayımlarına nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi : Restoran sahəsində menecer vəzifəsində minumum 3 il iş təcrübəsi
- Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
- Detallara diqqət etmək bacarığı
- Əmək intizamına riayət etmək
- Kollektivdə işləmək bacarığı;
- Kompüter bilikləri: MS Office
- Dil bilikləri: Rus dili və ya İngilis dili arzuolunandır
- Bakı şəhərinə ezamiyyətlərə hazır olmalıdır
İş şəraiti:
- İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
- İstirahət günü: həftədə 1 gün
- Nahar şirkət tərəfindən verilir
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: müsahibə əsasında
Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran meneceri” yazıb elektron poçt ünvanına CV göndərməsi xahiş olunur.