AZ

Gucci Moda Evi Demna Qvasaliyanı işə götürür...

…Gürcü dizayner Demna Qvasaliya məşhur italyan brendi Gucci-nin yeni kreativ direktoru təyin edilib. Bununla əlaqədar o, 2015-ci ildən çalışdığı “Balenciaga”nın rəhbəri postunu tərk edir.

SİA-nın məlumatına görə, Balenciaga-nın kreativ direktoru kimi karyerasının son akkordu 6 iyun 2025-ci il tarixinə planlaşdırılan kutyur şousu olacaq.

Gucci-nin baş direktoru Stefano Cantino qeyd edib ki, DemnaQvasaliya brendə müasir modanın unikal baxışını gətirəcək. O vurğulayıb ki, dizayner artıq Balenciaganın şəxsiyyətini və moda istiqamətini müəyyən edərək onu dəyişdirmək bacarığını nümayiş etdirib.

Cantino əlavə edib ki, Gucci-nin gələcəkdə ehtiyacı məhz budur.

Gucci-nin kreativ direktoru vəzifəsini əvvəllər iki ildən sonra 2025-ci ilin fevralında şirkəti tərk edən italyan dizayner Sabato de Sarno tutub.

Nazlı Almuradova

Seçilən
16
sia.az

1Mənbələr