AZ

Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya, Böyük Britaniya və Fransa liderlərinin təhlükəsizlik üzrə müşavirləri danışıqlar aparmaq üçün ABŞ-yə yola düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniya kansleri Olaf Şoltsun xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner məsləhətləşmələr üçün təcili olaraq Vaşinqtona yollanıb. O, Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel ilə birlikdə Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts ilə görüşəcək.
Bildirilir ki, görüşdə Fransa prezidentinin xarici əlaqələr üzrə müşaviri Emmanuel Bonne də iştirak edəcək.
Qeyd olunur ki, bu məsləhətləşmələr Ukraynada atəşkəslə bağlı danışıqların kritik anında baş tutacaq. Avropalılar indiyədək eksklüziv olaraq ABŞ Prezidenti Donald Trampın komandası ilə Rusiya və Ukrayna tərəfləri arasında aparılan birbaşa danışıqlarda iştirak etmirlər.
Seçilən
71
50
oxu.az

10Mənbələr